Eyfel qülləsi şüşə örtüklə mühafizə olunacaq

Fransa və Parisin əsas simvolu sayılan Eyfel qülləsi daha əvvəlki kimi olmayacaq.

Belə ki, qüllənin gülləkeçirməz şüşə örtüklə mühafizə olunacağı deyilir. Örtük qüllənin iki tərəfini əhatə edəcək.

2,5 metr hündürlüyə malik divarı qurmaqda məqsəd ölkədə terror təhlükəsinin yüksək olması ilə bağlıdır. Divar nəinki qüllənin, eyni zamanda, onun yaxınlığında yerləşən bağların da bir hissəsini əhatə edəcək.

Turistlər üçün nəzərdə tutulan keçid isə metal dəmir örtüklə mühafizə olunacaq. 20 milyon dollara başa gələcək divar 2018-ci ilin ortalarında istifadəyə veriləcək.

Qeyd edək ki, Eyfel qüvvəsini hər il təxminən 7 milyon insan ziyarət edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR