Qucaqlaşmaq sağlamlığınız üçün faydalıdır

Sosial həyatınızda etdiyiniz fəaliyyətlərin sağlamlığınız üçün faydalarını bilirsinizmi? Qucaqlamaq da onlardan biridir.

Metbuat.az məlumat verir ki, sevdiyiniz insanlardan gələn fiziki təmaslar “oksitosin” hormonu ifraz edir və bu hormon stressə qarşı nevroloji əngəl olaraq çalışır.

Araşdırmaya görə, oksitosin ifrazı yaxın bir dostunuzun fiziki olaraq da yanınızda olmasıyla birləşincə, stresiniz gedir və özünüzü daha rahat hiss edirsiniz.

Qucaqlaşmağın kiçik sirri ondan ibarətdir ki, bunun həm fizioloji, həm də psixoloji faydaları olduqca çoxdur. Məsələn, qucaqlaşmaqla bir-birinə inam və etibar hissi çoxalır, həyəcan, narahatlıq, qorxu və ya ağrı kimi neqativ hisslər azalır. Qucaqlaşmaq insan münasibətlərində yaxınlıq və istilik formalaşdırır, sevginin ən yaxşı ifadə edilmə forması hesab edilir. Siz qucaqlaşaraq əlaqələrinizi, bir-birinizə aid olmaq hissini gücləndirirsiniz. Bu, bir növ ünsiyyət formasıdır, sözlərlə deyə bilmədiyimiz şeyləri qucaqlaşaraq ifadə edə bilirik.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR