Fransada qarşıdurma: 3 polis yaralandı

Fransada qarşıdurma: 3 polis yaralandı
12:29 28 Mart 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə vətəndaşlarla polislər arasında qarşıdurma yaşanıb.

 

Lent.az-ın “france24”-ə istinadən məlumatına görə, 56 yaşlı Çin vətəndaşı Li Şayon polis tərəfindən öldürüldükdən sonra Asiya icmasının 150-ə yaxın üzvü etiraz aksiyası keçirib.

 

Aksiyanın qarşısını almağa çalışan polislərlə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Hadisə zamanı 3 polis əməkdaşı yaralanıb.

 

Aksiyada iştirak edən naməlum şəxslər polis avtomobilinin şüşəsini sındırıb, onu yandırmağa çalışıblar. 


Polis aksiya iştirakçılarını ərazidən uzlaşdırmağa cəhd göstərib, lakin bu vaxt aksiya iştirakçıları onlara daş və şüşə qablar atmağa başlayıblar. 

Polislərin açıqladığı məlumata görə, aksiya keçirən ən azı 35 nəfər saxlanılıb. 

 

Deyilənə görə, polislər Çin vətəndaşının evində daxili münaqişə  baş verdiyi üçün həmin məkana çağırılıb. Polis onun üzərinə bıçaqla hücum edən Li Şayona güllə açmaq məcburiyyətində qalıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR