Nazirdən İslam Oyunları ilə bağlı əmr

Nazirdən İslam Oyunları ilə bağlı əmr
12:33 28 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə naziri Oqtay Şirəliyev “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamının icrası məqsədi ilə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanmış əmrdə Səhiyyə Nazirliyinin Təşkilat Komitəsinin yaradılması tapşırılıb.

Əmrə əsasən səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhər Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdrilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostikumlarla təmin olunması tapşılıb.

Həmçinin müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR