Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanıldı

Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanıldı
12:37 28 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.
 
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti "İqla" zenit-raket kompleksinin qaçaqmal yolu ilə Ermənistan gətirilməsi ilə əlaqədar cinayət işi çərçivəsində Dağlıq Qarabağdakı erməni ordusunun keçmiş komandanı Samvel Babayan da daxil olmaqla 3 nəfəri saxlayıb. S.Babayan barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR