Millimiz Türkiyəyə qarşı

Millimiz Türkiyəyə qarşı
12:47 28 Mart 2017
154 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AVRO-2019-un seçmə mərhələsinə hazırlaşan millimiz Türkiyə ilə qarşılaşacaq. Yaşar Vahabzadənin yetirmələrinin "ay-ulduzlular"la sınağı İstanbulda baş tutacaq.

Görüş Rəcəb Tayyip Ərdoğan stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da  başlayacaq. Qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcəklər. Oyunun baş hakimi Əmrə Malok olacaq.  

Qeyd edək ki, oyun "NTV Spor" kanalında canlı yayımlanacaq.  

U-21-lər arasında yoldaşlıq oyunu

28 mart

18:00. Türkiyə - Azərbaycan

Hakimlər: Əmrə Malok, Oktay Öncə, Bahtiyar Birinci, Can Cengiz (hamısı Türkiyə)

İstanbul. Rəcəb Tayyip Ərdoğan stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR