Rusiyanın ən iri mobil operatoru Özbəkistandakı biznesini 1 dollara satdı

Rusiyanın ən iri mobil operatoru Özbəkistandakı biznesini 1 dollara satdı
12:52 28 Mart 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və MDB-nin ən iri mobil rabitə operatoru olan MTS şirkəti Özbəkistanın "Universal Mobile Systems" (USM) şirkətində malik olduğu 50,01% payını bu ölkənin hökumətinə satıb.

Milli.Az report-a istinadən verdiyi xəbərə görə, MTS öz hissəsini simvolik məbləğə - 1 dollara satıb. Bu sövdələşmə 2016-cı ilin avqst ayında baş tutub.

Şirkət satışın "bir neçə səbəbinin" olduğunu deyib. Məlumata görə, Özbəkistan bazarından çıxmaqla MTS 2016-cı ilin III rübündə təqdim etdiyi hesabatında 2,7 mlrd. rublun silindiyini əks etdirib.
Ehtimal edilir ki, MTS-in Özbəkistanın mobil rabitə bazarından çıxması şirkətə qarşı anti-korrupsiya tədqiqatının tənzimlənməsi şərtlərindən biri ola bilər. Yazılanlara görə, MTS guya mərhum prezident İslam Kərimovun qızına bağlı yerli strukturlara rüşvət verib.
Qeyd edək ki, MTS Özbəkistanın mobil rabitə bazarında 2 ilə yaxın fəaliyyət göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR