FİFA millinin üzvünə 1 illik təzminat ödəyəcək

FİFA millinin üzvünə 1 illik təzminat ödəyəcək
13:05 28 Mart 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Everton"un irlandiyalı futbolçusu Şeymus Koulmanın qarşıdakı 1 il ərzində məvacibini FİFA ödəyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin millinin heyətində zədələnməsidir.

Belə ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uelslə oyunda Koulman ciddi xəsarət alıb. Ayağı qırılan futbolçunun 1 illik sıradan çıxdığı müəyyənləşib.
 
Nəticədə ali futbol qurumu İrlandiya yığmasının düşərgəsində zədələnən Koulmanın klubdakı 1 illik maaşını ödəməyi öhdəsinə götürüb. Təcrübəli futbolçuya zədəsini sağaldana qədər hər həftə 58 min avro təzminat haqqı veriləcək.
 
Qeyd edək ki, İrlandiya - Uels matçı qolsuz heç-heçə ilə nəticələnmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR