"Neftçi" məşhur futbolçuları Bakıya gətirir

"Neftçi" məşhur futbolçuları Bakıya gətirir
13:17 28 Mart 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" futbol klubu 80 illik yubileyi ilə bağlı silsilə tədbirlərini Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la görüşdə də həyata keçirəcək.


Klubdan Fanat.Az-a verilən məlumata görə, martın 30-da baş tutacaq matçı “Neftçi”nin formasını geyinmiş ümumilkdə 200-dək veteran futbolçu da izləyəcək. Onlar arasında hazırda ölkədə yaşayanlarla yanaşı, xaricdən dəvət olunmuş 10-a yaxın veteran futbolçu da olacaq.


Dəvətlilər sırasında 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, "ağ-qaralar"ın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. Veteran futbolçular oyundan əvvəl Bakıdakı restoranlardan birində bir araya gələcəklər. Tədbir media üçün qapalı olacaq.


Qeyd edək ki, saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər "Bakcell Arena"da maraqlı görüntülərə şahidlik edəcəklər. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-mhur-futbolcular-bakya-gtirir-t57174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR