Şevçenko Bakıya gəlir

Şevçenko Bakıya gəlir
13:22 28 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçında da davam edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, martın 30-da təşkil olunacaq görüşü müxtəlif dövrlərdə "Neftçi"nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər. Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş - 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var.

30 mart saat 19:30-da başlanacaq "Neftçi" - "Qarabağ" matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər. Bu səbəbdən azarkeşlər matça 1 saat qalmış stadiona dəvət olunur. Gəlin 80 ilin həyəcanını birgə yaşayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR