Paytaxta ən qısa yol... - Lukaşenko və Putinin birgə MÜHARİBƏ PLANI

Paytaxta ən qısa yol... - Lukaşenko və Putinin birgə MÜHARİBƏ PLANI
13:28 28 Mart 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

“Qərb-2017” Rusiya-Belarus təlimləri göstərir ki, Kreml öz planlarından imtina etməyib”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

General qeyd edir ki, bir çox müharibə və silahlı konflikt məhz təlimlərin süjeti əsasında başlanır:

“Təlimlər zamanı onlar nə fikirləşəcəklər? Demək çətindir. Burada bizim kəşfiyyatımız işləməlidir”.

“Rusiya hərbi potensialı gücləndirir, bizim sərhədlərimizdə böyük miqdarda şəxsi heyət, hərbi texnika və silah toplayır, birinci tank ordusunu formalaşdırır. Təlimlərin keçirilməsi faktiki olaraq ordunun döyüş bacarığının artırılmasıdır. Sözsüz ki, bütün bunları daimi nəzərə almalıyıq. Çünki Putin öz hədəflərindən imtina etməyib. Bunlar hibrid müharibə, birbaşa müdaxilə və diversiyaların hesabına Ukraynanın tutulmasıdır. Putin həmçinin Ukraynanın inkişafına imkan verməmək üçün ölkənin iqtisadiyyatına zərbə vurmaq hədəfindən imtina etməyib”, - general bildirib.

Rusiyanı “güclü düşmən” adlandıran Dmitri Umanes qeyd edir ki, Moskva istənilən vaxt istənilən addımı ata bilər.

General Belarus ərazisinin Rusiya ordusunun mümkün hücum hərəkətləri üçün rahat olduğunu xatırladıb. O, xüsusilə Çerniqov və Kiyev istiqamətinin təhlükəli olduğunu qeyd edib.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzlə dönə bilər.

“Kreml öz işğal siyasətinin girovu kimi Belarus xalqından kobud şəkildə istifadə edir”, - o vurğulayıb.

Amma ötən ay Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahında çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya hücum üçün öz ərazisindən istifadə etməyə Rusiyaya icazə verməyəcəyinə bildirib.

"Şimalda Kreml Belarusa təzyiqi gücləndirir. Hərçənd mən əminəm ki, prezident Lukaşenko buna icazə verməyəcək. O, mənə dəfələrlə deyib ki, bizimlə bağlı düşməncəsinə hərəkətlər üçün öz ərazisindən istifadə edilməsinə icazə verməz”, - deyə Poroşenko qeyd edib.

Ukrayna prezidenti həmçinin Lukaşenkoya Rusiyanın istənilən “sürprizləri”nə hazır olmağı məsləhət görüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR