"Azərbaycanla oyun həlledici ola bilər"

"Azərbaycanla oyun həlledici ola bilər"
13:37 28 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanla oyun bizim üçün çox önəmlidi. Bakıdakı qarşılaşmanın qrup ikinciliyi uğrunda yarışa ciddi təsiri olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makoli deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində 2:0 hesablı qələbə qazanaraq, ikinci pillədəki mövqeyini möhkəmlədən irlandiyalılar növbəti turda Azərbaycan millisinin qonağı olacaqlar.
 
Yerli mətbuata açıqlamasında Bakıdakı görüşün əhəmiyyətindən bəhs edən 37 yaşlı futbolçunun fikrincə, iyundakı qarşılaşmanın nəticəsindən çox şey asılı olacaq: "Məqsədimiz Bakıdan evə qələbə ilə dönüb sentyabrda qəbul edəcəyimiz Çexiya ilə qarşılaşmaya yüksək əhval-ruhiyyədə çıxmaqdı.

Son tura qədər mübarizəni davam etdirəcəyik. Çexiya və Almaniyanı Belfastda qonaq edəcəyik ki, bu da bizim üçün üstünlükdür. Doğma azarkeşlərimiz önündə hər iki rəqibi məğlub edəcək gücdə olduğumuzu düşünürəm.

Ancaq indi bütün diqqətimizi Azərbaycanla səfər görüşünə yönəltmişik. Yeganə hədəfimiz qalibiyyətdi. Fikrimcə, Azərbaycan və Çexiya ilə oyunlar qrup ikinciliyinin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Yəni bu matçlar həlledici ola bilər".
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR