Qanunsuz süni mayalanma etməyə görə cərimə yox, həbs edəcəklər

Qanunsuz süni mayalanma etməyə görə cərimə yox, həbs edəcəklər
13:42 28 Mart 2017
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qanunsuz süni mayalanma etməyə görə cəzanın cəriməsi ləğv edilir.

Milli.Az report-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsində qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklə cərimənin miqdarının 4 min manatdan 7 min manatadək artırılması təklif olunur.

Bundan başqa, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya 500 manatdan 1000 manatadək miqdarda nəzərdə tutulan cərimə ləğv edilir. Cəza olaraq, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təkliflə cəzanın cərimə hissəsi ləğv edilir.

Nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir. Hazırda bu cəza həm də ölüm halının baş verməsinə aid edilir, həbs müddəti isə 2 ildən 5 ilədəkdir.

Dəyişiklik layihəsinə əsasən, bu əməllər ölümə səbəb olduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR