Vəfadan gənc aktyorlara: "Onlara yazığım gəlir"

14:28 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

İndi uşaqlar çıxır, ancaq onlara deyiləni oynayırlar. Sonra da elə bilirlər böyük aktyordular. Yazığım gəlir əməyə, ora çəkilən xərcə.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Vəfa Zeynalova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Aktrisa gənc həmkarlarını tənqid edib və onları qeyri-peşəkar adlandırıb:

"Həmin aktyor və aktrisaları bilmirəm necə adlandırım. Bu, böyük yükü olan sözdür. 20 ildən çoxdur səhnədəyəm, son illərdir özümə "aktrisa" deyirəm. Əvvəl çox qıcıqlanırdım, indi gülürəm".

V.Zeynalova yeni layihə ilə qayıtmağa hazırlaşdığını söyləyib: 

"Nə olduğunu deməyim, amma yeni və gözlənilən janrdır".

Aktrisa qızının modellik etməsinə də münasibət bildirib:

"Hobbidir, arzusu var idi, özünü sınamaq istədi. Mən də dedim, hobbi kimi olar. Öz sənəti var, oxuyur, onu da davam etdirəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/529761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR