Prezident İlham Əliyev: "2016-cı il pambıqçılığın inkişafında dönüş ili olub"

Prezident İlham Əliyev: "2016-cı il pambıqçılığın inkişafında dönüş ili olub"
14:42 28 Mart 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "2015-ci il, demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.

Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik".

İlham Əliyev bildirib ki, bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub:

"Kompleks tədbirlər görülmüşdür. İlk növbədə, biz özümüzü texnika ilə təmin etməliyik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş verilmişdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR