Təyyarə adam vurdu

Təyyarə adam vurdu
15:05 28 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada iki gənc qız selfi çəkmək istərkən həyatlarını itirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Çinipas şəhərində keçirilən festivalda iştirak edən qızlar yaxınlıqda yerləşən aerodromda şəkil çəkdirmək istəyiblər.

Bu zaman eniş həyata keçirən kiçik mühərrikli təyyarə qızları vurub.

Məlumata görə, qızlar ətrafdakı səs-küy səbəbi ilə təyyarənin yaxınlaşmasını eşitməyiblər.

İnsidentdən sonra təyyarəni sürən pilot bildirib ki, qızları görsə də, təyyarənin yerə çırpılaraq qəza törətməsindən ehtiyat edib və bu səbəbdən təyyarəni yayındırmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR