Galaxy Note 7 yenidən satışa çıxır - FOTO

Galaxy Note 7 yenidən satışa çıxır - FOTO
15:05 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

Samsung başına dərd açan Galaxy Note 7-dən imtina etmiş deyil.

Cihazlar yenidən satışa çıxacaq.

Milli.Az technote-yə istinadən xəbər verir ki, almış olduğumuz məlumatlaraq görə, ötən ilin mobil cihaz sektorundakı ən böyük məyusluq olan Note 7-nin "refurbished" olaraq gələcəyi xəbəri təsdiqlənib. Bu "refurbished" hadisəsinin nə olduğunu açıqlamaq lazım olsa; mənası "Yenilənmiş" olan bu termin qəzalı cihazın marka tərəfindən problem və xətalarının düzəldilərək daha uyğun qiymətə satılması olaraq adlandırılır. Zəmanət şərtləri daha məhdud olan bu cihazlarda problem yaşanma ehtimalı isə normal bir telefondan, ümumiyyətlə, fərqsizdir.

Samsung, daha əvvəldən Note 7-lərin tamamilə toplandıqdan sonra təkrar satışa çıxmayacağını açıqlamışdı. Lakin şirkət, fikir dəyişdirib. Mobil Dünya Konqresində Greenpeace etirazçıları, toplanan 4.3 milyon ədəd Note 7-nin təbiətə zərər verməyəcək şəkildə təkrar istehsala yönləndirilməsi istiqamətində Samsung-a təzyiq etmişdi, Cənubi Koreyalı şirkət də daha sonrasında telefonların ətraf mühitə həssas bir şəkildə geri çevrilmənin təminatını vermişdi.

Bu təminat üç qanundan ibarətdir. İlk olaraq toplanan Note 7-lərin detalları test cihazlarında istifadə üçün ayrılacaq. Bu parçalar arasında telefondakı yarı keçiricilər və kamera modulları da var. İkinci prinsip isə telefonların mis, nikel, qızıl və gümüş kimi parçalarının bu mövzuda mütəxəssisləşmiş geri çevrilmə firmaları istifadə edərək geri çevrilməsi idi.

Üçüncü və bizi ən çox maraqlandıran qanun isə Note 7-lərin yenidən satışa təqdim edilməsi. Bunun üçün Samsung yenilənmiş və geri çevrilmiş parçaların da köməyi ilə müəyyən sayda satışa təqdim etmə ya da icarə məqsədi ilə, təxminən daha kiçik batareyalar saxlayan Note 7-lər istehsal edəcək.

Təbii ki, bu yenilənmiş Note 7-lərin nə zaman və hansı bazarlarda satışa təqdim ediləcəyi, hələ ki məlum deyil. Bir neçə gün sonra Samsung yeni flaqmanı Galaxy S8-intəqdimatını reallaşdıracaq. O səbəbdən Note 7-nin gəlməsi üçün ən uyğun zaman yay ayları olaraq düşünülür.

Ancaq yay aylarında da bu dəfə bir başqa flaqman Note 8 təqdim ediləcək. Bu səbəbdən də Samsungun Note 7-ni Note 8-i yüksək qiyməti səbəbi ilə ala bilməyən müştəriləri cəlb etmək məqsədiylə istifadə edəcəyi gözlənilr. Təbii Note 8-in yüksək qiymətlə gələcəyi bazarlar da bu məzmunda ümumiyyətlə Hindistan, Afrika və Orta Şərq olaraq qarşımıza çıxmaqdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/529779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR