"Neftçi" "Qarabağ"la oyuna yarımcan çıxacaq

"Neftçi" "Qarabağ"la oyuna yarımcan çıxacaq
15:07 28 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" "Qarabağ"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, baş məşqçi Elxan Məmmədov artıq iki futbolçunun xidmətindən məhrumdu.


Bunlardan biri Namiq Ələsgərovdu. Gənc yarımmüdafiəçi "Qarabağ" və "Neftçi" rəhbərliyi arasındakı anlaşma səbəbindən bu oyunu buraxmalıdı. Belə ki, Ağdam klubundan Bakı təmsilçisinə transfer olunan futbolçu sabiq komandasına qarşı oynamamalıdı. Həmçin zədədən əziyyət çəkən Ələsgərov bu səbəbdən millinin heyətindən kənarlahdırıb.


Zədə səbəbindən millidən kənarlaşdırılan və Almaniyaya qarşı oynaya bilməyən Ruslan Abışov da sağalmayıb. Yığmamızın üzvü "Qarabağ"la matçda da meydanda olmayacaq.


Digər problem isə Pavel Dreksanın zədəsidi. "Qarabağ"ın maraq dairəsində olan çex müdafiəçi də zədədən əziyyət çəkir. Böyük ehtimalla o da, kubok matçında meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Azərbaycan Kublkunun yarımfinal mərhələsi çərçivəsində baş tutacaq "Neftçi" - "Qarabağ" matçı martın 30-da "Bakcell Arena"da baş tutacaq və saat 19.30-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-quotqarabaquotla-oyuna-yarmcan-cxacaq-t57177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR