Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
15:12 28 Mart 2017
450 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
 
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, "Pəncərədə işıq", "Biz qayıdacağıq", "Günaydın mələyim" və s. ekran əsərlərində çəkilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR