Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi

Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi
15:13 28 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin Azercell Telekom MMC ilə əməkdaşlığı çərçivəsində Jurnalistika fakültəsində Barama Media Mərkəzinin açılışı olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, açılış mərasimində rektor Abel Məhərrəmov, Azercell Telekom MMC-in prezidenti Vahid Mürsəliyev, PAŞA Bankın nümayəndələri, qonaqlar, fakültənin professor-müəllim heyəti iştirak edib.

Rektor bildirib ki, Azercell və PAŞA Bankın dəstəyi ilə yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihə, proqramlara cəlb etməkdir. Rektor mərkəzin fakültə nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının imkanlarından da istifadə edərək elm və innovasiya araşdırmalarına imkan yaratmaq, həmçinin fikirlərini sərbəst ifadə etmək bacarıqlarını formalaşdırmaqda əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Azercell-in prezidenti Vahid Mürsəliyev isə Barama Media Mərkəzinin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclər Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov qurumun tələbə-jurnalistlərin ideyalarının reallaşmasına təkan verəcəyini qeyd edib və onun işinə uğurlar arzulayıblar.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR