Buğa matadoru ölümcül yaraladı

Madriddə təşkil olunan ənənəvi buğa yarışları zamanı dəhşətli hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, matadorun öküzü qəzəbləndirməsi ona baha başa gəlib. Qəzəbli heyvanın hücumundan yayına bilməyən matador, onun buynuzlarının hədəfinə tuş gəlib. Öküz, yerə yıxılan idmançıya daha bir neçə dəfə zərbə endirib. Nəticədə onun bədəni bir neçə yerdən deşilib. İspaniyalının səhhəti barədə məlumat yoxdur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR