Türkiyədə azərbaycanlı millət vəkilin kitab imza mərasimi keçirilib - FOTO

Türkiyədə azərbaycanlı millət vəkilin kitab imza mərasimi keçirilib - FOTO
18:14 28 Mart 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Malatya İsmət İnönü Universitetində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

 

Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında Qarabağ həqiqətlərindən söz açaraq qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizənin daha da gücləndirilməsinə gərək duyulduğunu deyib.

 

Q.Paşayeva və İmdat Avşar “Karabağ hikayeleri” kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər.

 

Malatya İsmət İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay isə öz növbəsində Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.

 

Q.Paşayeva Malatya İsmət İnönü Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.

 

Millət vəkili Universitetdə Azərbaycan və ya Türk dünyası mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması universitetdə  təhsil alan tələbələrə Azərbaycan həqiqətlərinin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.

 

O bildirib ki, mərkəz üçün Azərbaycanla bağlı lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hədiyyə ediləcək. Universitetin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.

 

 

Q.Paşayev həmçinin Malatya İsmət İnönü Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb.

 

Görüşün sonunda millət vəkili  Malatya İsmət İnönü Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını digər həmmüəllif İmdat Avşarla birlikdə hədiyyə edib.

 

 

Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzillikdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR