"Gecə evə gec gedirəm, həmişə danlanıram" - Nərgiz

"Gecə evə gec gedirəm, həmişə danlanıram" - Nərgiz
18:22 28 Mart 2017
341 Şou
Ölkə mətbuatı
A- A+

"Hər gün səhər 8-də yuxudan oyanıram, idmana gedirəm. Hər səhər 9-da hovuza yollanıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Nərgiz Vahabqızı "ATV kulis" verilişində deyib. 

Aparıcı gecə evə gec getdiyini etiraf edib:

"Həmişə buna görə danlanıram. Hər gün iş-ev alınmır. Dostlarla görüşməliyəm, əylənməliyəm... Sonra evə gedirəm. Yoxsa işdən yorularam". 

Nərgiz haqsızlıq gördüyü insana pislik etməkdən çəkinmədiyini söyləyib: 

"Məni haqsızlıq ağladar. Mən də kiməsə haqsızlıq etmişəm. Bir yaxşılıq görəndə, beş qaytarırdım. Amma indi dəyişdim. Beş yaxşılıq edənə, bir yaxşılıq qaytarıram. Amma bir pislik edənə, beş pislik edirəm ki, yerini bilsin. Təkrarlamığı ağlından belə keçirməsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR