"Başqaları vız gəlir, heç kimdən qorxmuram" - Kənan

"Başqaları vız gəlir, heç kimdən qorxmuram" - Kənan
18:52 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Müasir Azərbaycan kinosu tək komediya ilə inkişaf edə bilməz. Dram janrı da lazımdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Rejissor bildirib ki, bəyəndiyi yeganə həmkarı Rövşən İsaxdır:

"Bizim komediya filmlərimizi tərcümə edib, xaricdə göstərsək heç kim başa düşməyəcək. Çünki onların dili bizə məxsusdur. Dramın isə dili yoxdur. Rövşən İsaxın "Aktrisa" filmini hansı ölkədə nümayiş etdirsən, ürəkləri gedəcək. Gözəl filmdir, amma baxış sayı azdır. Tamaşaçısı, onu başa düşən azdır. Dram janrında baxıb öyrəndiyim, qorxduğum, bəyəndiyim yeganə rejissor Rövşən İsaxdır. Gerisi vız gəlir, heç kimdən qorxmuram. Yeni çəkilən bütün filmləri bəyənirəm. Statistikaya nəzər salsaq Azərbaycan filmi son bir ildə inkişaf edib. Demək filmə tələbat var".

Kənan türkiyəli məşhurların Bakıda səs-küylə qarşılanmasına normal yanaşdığını bildirib:

"Həmin türkləri öz plkələrində elə qarşılamırlar. Düzələcək... Yeni nəsil bunu düzəldəcək. 40-45 yaşlı birinin gəlib Kənan qışqırması normal deyil axı. Yeni nəsil böyüyəcək, bizimkilərə o cür diqqət göstərəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/529916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR