Afət: "Keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam"

Afət: "Keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam"
18:57 28 Mart 2017
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Afət Fərmanqızı şəxsi həyatı haqda danışıb.

Milli.Az xəbər verir ki, sia-ya açıqlama verən ifaçı sevgi münasibəti yaşadığı həmkarı Seyran barədə bunları deyib:

"Şəxsi həyatım haqda sonuncu dəfə açıqlama verirəm. Heç kimdən gizlətmirəm. Seyranla bir-birimizi tanımağa çalışırıq. Evliliyə doğru addımlamaq istəyirik. Hər gün bir yerdəyik. Birgə vaxt keçirərək, bir-birimizi tanıyırıq və yaradıcılığımızla bağlı işlərimizi reallaşdırırıq. Seyran məndən 7 yaş kiçik ola bilər. Amma oğlum yaşda deyil. Qaldı ki, Seyranın birinci ailəsindən ayrılmaq məsələsinə, mən günahkar deyiləm. Seyrandan bir müddət öncə ayrıldım ki, ailəsinə qayıtsın. O, isə məni seçdi. Seyran ailəsi ilə 2016-cı ildən ayrı yaşayır. Hətta bu haqda onun keçmiş xanımı ilə yazışmalarım var. Mən Seyranın həyatında 2017-ci ildən varam. Əgər Seyranla xasiyyətlərimiz uyğunlaşsa, evlənəcəyik. Amma onunla yola getməsəm, ayrılacam. Bu mənim həyatımdır, özüm bilərəm. Bəziləri kimi heç nəyi gizlətmirəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR