İntim münasibət üçün aparıldığı mənzildə öldürüldü

İntim münasibət üçün aparıldığı mənzildə öldürüldü
19:47 28 Mart 2017
234 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Sutkalıq kirayə tutulan mənzilə girən polis qadın cəsədi ilə qarşılaşıb. Edilən araşdırmada Özbəkistan əsilli Musttrarly K. olduğu öyrənilən qadının boğularaq öldürüldüyü müəyyən edilib. Qadının pul qarşılığında fahişəlik etdiyi təsbit edilib. Polis qadının mobil telefonu qeydlərindən son olaraq görüşdüyü adamın Necati F. olduğunu müəyyən edib. Zeytinburnunda bir evə edilən basqında Necati F. (26) saxlanılıb.

Bölməyə gətirilən şübhəli Necati F. hadisə ilə əlaqədar dindirilib. Şübhəlinin qadınla pul qarşılığında birlikdə olmaq üçün gecəlik olaraq razılaşdığı, ancaq qadının gecəyarısı evdən getmək istəməsindən sonra aralarında mübahisə başladığını iddia etdiyi öyrənilib. Mübahisədən sonra Özbəkistan əsilli qadının boğazını sıxdığını söyləyən şübhəlinin qadının yerə yıxılmasının ardından hadisə yerindən qaçdığını qeyd etdiyi deyilir. Şübhəlinin onu sorğulayan polislərə qadının ürəyinin getdiyini sandığını, öldüyünü təxmin etmədiyini dediyi məlum olub.

Faktla bağlı istintaq davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR