Polislərin baş örtüyündən istifadə etmələrinə icazə verildi

Şotlandiyada artıq başıörtülü xanımlar da polis ola biləcəklər.

Metbuat.az "The Independent"ə istinadən bildirir ki, yeni qərar barədə Şotlandiya polisinin şefi Fil Qormli ictimaiyyəti məlumatlandırıb:

"Artıq polis xanımlar xidmətləri zamanı baş örtüsü taxa bilərlər. Personalımızla yanaşı, müsəlmanlar və toplumun digər təbəqələrinin də qərarımızı dəstəkləməsi sevindiricidir. Digər qurumlar kimi, biz də insanların bərabərliyini təbliğ edirik".

Qeyd edək ki, 2001-ci ildə London polisi fərqli etnik mənşəyə malik insanları xidmətə cəlb etmək üçün eyni üsuldan istifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR