Şəmkirdə intihara cəhd

Şəmkirdə intihara cəhd
20:28 28 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə qadın kimyəvi maddə içərək intihara cəhd edib.

Publika.az xəbər verir ki, Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Salahova Günay Şakir qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, qadın təmizləyici kimi istifadə olunan kimyəvi məhlul içərək zəhərlənib. G. Salahovanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR