Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu

Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu
20:42 28 Mart 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılov Böyük Britaniyada elmi ezamiyyətdə olub.

Milli.Az xəbər verir ki, institutdan AZƏRTAC-a bildiriblər ki, V.İsmayılov Oksford Universitetində "Funksional analiz" mövzusunda keçirilən seminarda mühazirə oxuyub.

Mühazirə kompakt Hausdorf fəzasında təyin olunmuş kəsilməz funksiyalar fəzasının onun alt cəbrləri cəmi şəklində göstərilişi məsələsinə həsr edilib. Alınmış yeni nəticənin üstünlükləri, onun həndəsi təsviri ilə bağlı məqamlar malik olması izah edilib, bu istiqamətdə bəzi problemlər qeyd olunub.

Azərbaycan alimi bu problem istiqamətində funksional analiz qrupunun üzvləri ilə müzakirələr aparıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR