"Ona ərə getməyim üçün 300 min dollar təklif etdi" - DEPUTAT

"Ona ərə getməyim üçün 300 min dollar təklif etdi" - DEPUTAT
20:52 28 Mart 2017
1338 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko maraqlı etirafı ilə gündəmə gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, siyasətçi bildirib ki, İraqda xidməti zamanı şahzadələrdən biri ona elçi düşüb.

Savçenkonun sözlərinə görə, şahzadə Əs-Suveyri ona 300 min dollar təklif edib. 

"Mən pul marağında deyiləm. Məni əşya kimi almaq istədi. O pul komandirin cibinə gedəcəkdi, mənsə sadəcə ona ərə getməli idim. Bununla razılaşa bilməzdim", - deyə deputat qeyd edib.

Nadejda Savçenko həmçinin vurğulayıb ki, ona bu təklif ediləndə bunun anlaşılmazlıq olduğunu düşünərək gülümsəmə ilə qarşılayıb: "Lakin son nəticədə o fikrə gəldim ki, bu situasiya İraq üçün tamamilə normal hadisədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR