“Məqami-mahmud”nə deməkdir?

“Məqami-mahmud”nə deməkdir?
21:12 28 Mart 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərəb dilində bu sözün mənası "bəyənilmiş, öyülmüş məqam" deməkdir. Qurani-kərimdə bu ifadə Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olaraq işlədilib: "Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin!" (İsra, 79).

Milli.Az islam.az-a istinadən bildirir ki, təfsir alimləri Peyğəmbərin hədislərinə əsaslanaraq, məqami-mahmudu o həzrətin qiyamət günündə öz ümmətinə şəfaət etmək hüququ kimi yozmuşlar. İslam Peyğəmbəri bu sözün mənası barədə "bu, ümmətimə şəfaət edəcəyim məqamdır" buyurmuşdur. Qiyamət günündə Həzrət Mühəmməd (s) bütün peyğəmbərlərdən daha üstün şəfaət hüququna sahib olacaq və çox-çox insanın günahının bağışlanması üçün vasitəçilik edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR