Qiyamət günündə insanlar niyə sərxoşa bənzədilir?

Qiyamət günündə insanlar niyə sərxoşa bənzədilir?
21:22 28 Mart 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Qiyamət günündə hər kəs öz fikrndə olar. İnsanlar dəhşət içində o tərəf-bu tərəfə elə vurnuxarlar ki, ayaqları dolaşıb yıxılarlar. Kənardan baxana elə gələr ki, onlar sanki sərxoşdurlar. Eləcə də, bəzi insanlar qorxunun təsirindən şoka düşər, donub qalarlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu da sərxoş adamların durumuna bənzəyən bir haldır. Buna görə Qurani-kərimdə buyurulur: "Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!" (Həcc, 1-2).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR