Trampın kürəkəni hesabat verəcək

Trampın kürəkəni hesabat verəcək
21:37 28 Mart 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampın kürəkəni və əsas məsləhətçisi Cared Kuşner senatın kəşfiyyat üzrə xüsusi komitəsi qarşısına çıxacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Rusiyanın ABŞ-da keçirilən seçki kampaniyasına təsiri barədə suallara cavab verəcək. Komitə üzvləri qeyd ediblər ki, Kuşner bu görüşə könüllü olaraq razılıq verib. Dinləmələrin tarixi hələ məlum deyil.

Qeyd edək ki, Cared Kuşnerin, seçki kampaniyası ərəfəsində rusiyalı dimpolatlar, eləcə də sanksiyaya məruz qalan "Vneşekonombank"-ın təmsilçiləri ilə görüşdüyü barədə məlumatlar yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR