Tünzalə Ağayevadan Bakı-2017 Könüllülərinin himni - VİDEO

Tünzalə Ağayevadan Bakı-2017 Könüllülərinin himni - VİDEO
21:38 28 Mart 2017
164 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayeva birgə “Salam, Bakı – Könüllülərin himni”ni ifa ediblər.

Bu barədə Publika.az "Bakı-2017"-yə istinadən məlumat verir.

Qeyd edək ki, “Salam, Bakı – Könüllülərin Himni” sözləri Bakı-2017 Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və musiqisi ulduz səfir T.Ağayeva tərəfindən yazılmış və könüllülərə həsr olunmuş ilk mahnıdır. Himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

Himn T.Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülərlə birlikdə oxunur. Eyni zamanda, “Salam, Bakı - Könüllülərin Himni”nin ifasında T.Ağayevaya könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da kömək edir.

Bu himn ilk dəfə 23 mart tarixində “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Oyunlara 50 gün qaldı” tədbirində səslənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR