Möhür əvəzinə təsbehin üzərinə səcdə etmək olarmı?

Möhür əvəzinə təsbehin üzərinə səcdə etmək olarmı?
21:47 28 Mart 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər təsbehin üzərinə səcdə etmək olmaz. Plastmass, sümük, muncuq təsbehlərin üzərinə səcdə edilməz.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma müqəddəs yerlərin torpağından hazırlanmış təsehlərin üzərinə səcdə etmək icazəlidir. Daha çox Kərbəla torpağından "türbət təsbeh" adlı təsbehlər hazırlayırlar. Kərbəla torpağının üzərinə səcdə etmək xüsusi üstünlüyə malik olduğu üçün, türbət təsbehin üzərinə səcdə etmək də fəzilətlidir. Amma nəzərə almaq lazımdır ki, gərək səcdə zamanı alın təsbeh dənələrinin üzərinə tam otursun, dənələrin arasında boş yer çox qalmasın. Alına dəyən təsbeh dənələrinin ümumi sahəsi ən azı baş barmağın dırnağı (və ya şəhadət barmağının bir bükümü) qədər olmalıdır; bundan az olsa, səcdə düzgün sayılmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR