Şotlandiyada müstəqilliyə dair referendumu dəstəklədilər

Şotlandiyada müstəqilliyə dair referendumu dəstəklədilər
21:47 28 Mart 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şotlandiya parlamenti müstəqilliyə dair referendumun keçirilməsini dəstəkləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, parlament referendumun Britaniyanın Aİ-dən çıxmasına dair şərtlərinin tam aydın olmasından sonra - 2018-ci ilin sonunda və ya 2019-cu ildə keçirilməsini dəstəkləyib.  

Beləliklə, parlament ölkənin birinci naziri Nikole Sterdjenə bu təşəbbüslə Böyük Britaniya parlamentinə müraciət etməyə icazə verib.   

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey Şotlandiyada referendumun keçirilməsinin vaxtsız olmasına dair xəbərdarlıq edib.

Qeyd edək ki, Şotlandiyada 2014-cü ildə müstəqilliyə dair referendum keçirilib. O zaman seçicilərin əksəriyyəti Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını dəstəkləməmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR