FİFA Messini cəzalandırdı

FİFA Messini cəzalandırdı
22:17 28 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Argentina yığmasının futbolçusu Lionel Messi cəzalandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, FİFA 29 yaşlı superulduza sanksiya tətbiq edib.
 
Belə ki, "Barselona"nın üzvü millinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti 4 oyunda iştirak edə bilməyəcək. Messinin diskvalifikasiya edilməsinə Çili ilə matçda (1:0) yan xətt hakimini söyməsi səbəb olub.
 
Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq.
 
4 oyunluq cəza ilə yanaşı, argentinalı futbolçuya 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR