Şükrlə həmdin fərqi varmı?

Şükrlə həmdin fərqi varmı?
22:17 28 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Şükrlə həmd yaxın mənalara malikdir. Bəzən bunları eyni məfhum kimi də qəbul edirlər. Lakin daha dəqiq olan budur ki, şükr - hər hansı yaxşılıq əvəzində təşəkkür etmək, minnətdarlıq bildirməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Allahın nemətləri müqabilində Ona razılıq bildirmək şükr sayılır. Həmd isə təmənnasız olaraq tərifləmək, öymək mənasını verir. Məsələn, hər hansı şəxsin bizə xeyri dəyməsə belə, onun müsbət xüsusiyyətlərini sayıb tərifləyiriksə, onu həmd etmiş oluruq. Mömin şəxsin hər bir halda Allahı gözəl adlarla çağırıb, ona öz sevgisini, razılığını bildirməsi həmddir. Buna görə əslində həmd şükrdən daha üstündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR