FIFA-dan Messiyə

Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messi FIFA tərəfindən 4 oyunluq diskvalifikasiya olunub.

Metbuat.az-ın məlumatına görə, ulduz futbolçu Argentina yığmasının DÇ-2018-nin təsnifat mərhələsi çərçivəsində keçirəcəyi növbəti 4 görüşdə meydana çıxa bilməyəcək. Messinin Çili ilə oyunda yan xətt hakimini təhqir etməsi FIFA-nın qərarında həlledici olub.

Beləliklə, Lionel Messi Boliviya, Uruqvay, Venesuela və Peru ilə oynanılacaq matçlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Leo həmçinin 10 min frank dəyərində cərimələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR