“VAZ" piyadanı vurdu

“VAZ" piyadanı vurdu
22:59 28 Mart 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərində qeydə alınıb. Rayon sakini Məlikov Zaur Ağaməmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, rayon sakini Əsədov Qadir Əsəd oğlunu vurub. Qadir Əsədov müxtəlif bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR