Güləşçilərimizin rəqibləri müəyyənləşdi

Güləşçilərimizin rəqibləri müəyyənləşdi
23:12 28 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Szhombately şəhərində təşkil olunan 19-23 yaşlı güləşçilərin Avropa çempionatının ikinci gününün püşkü atılıb.

Milli.Az sport24.az-a istinadən bildirir ki,daha dörd çəkidə mübarizə aparacaq sərbəst güləşçilərimizin də ilkin rəqibləri müəyyənləşib.

Püşkün nəticəsini təqdim edirik:

61 kq - 1/8 final: Əli Rəhimzadə - Niko Antonio Zarkone(Almaniya)

70 kq: 1/8 final: Hacımurad Ömərov - Mirzə Şukulukiya(Gürcüstan)

86 kq: 1/8 final: Kənan Əliyev - Abdulla Omarov(Belarus)

125 kq - 1/8 final: Umar İsrailov - Danilo Kartavyi(Ukrayna)

Qeyd edək ki, ilk gündə mübarizə aparan təmsilçilərimizdən Teymur Məmmədov(65 kq) qızıl, Sənan Abdullayev bürünc medal qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR