Ələmin başına sancılan əl fiqurunun mənası nədir?

Ələmin başına sancılan əl fiqurunun mənası nədir?
23:17 28 Mart 2017
684 Ölkə
Ölkə mətbuatı
A- A+

Buna xalq içində "pənc" deyirlər. "Pənc" (fars dilində beş) Ali-əbanın 5 nəfərinə işarədir. Dini rəvayətlərə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əlini, Fatiməni, Həsəni və Hüseyni (ə) bir gün öz əbasının altına alaraq, onları hər cür eyib və nöqsandan uzaq tutması üçün Allaha dua etmişdi. Bu duanın nəticəsində Əhzab surəsinin 33-cü ayəsi nazil oldu.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbər və bu 4 nəfərə birlikdə "ali-əba", yəni "əba əhli, əbanın altına alınanlar", və ya eyni mənanı verən "əhli-kisa" deyirlər. Ələmin başındakı əlin 5 barmağı da bu 5 nəfərə işarədir.

Həmçinin, əl fiqurunu Kərbəlada İmam Hüseyn (ə) qoşununa bayraqdarlıq etmiş Həzrət Abbasın kəsilmiş qolunun simvolu da sayırlar. Həzrət Abbas Kərbəlada bayrağı qorumaq üçün hər iki qolunu qurban vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR