"Volvo"nun zavodu yandı

"Volvo"nun zavodu yandı
23:28 28 Mart 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin ən böyük avtomobil istehsalı şirkəti olan Volvonun Höteborq şəhərində yerləşən zavodunda yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın zamanı şirkətin 150-yə yaxın əməkdaşı təxliyə olunub.

Səhər saatlarında laboratoriyada başlayan yanğın sonradan anbara və yaxınlıqdakı inzibati binaya keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın və xilasedici cəlb olunub. Gündüz saatlarında yanğın nəzarət altına alınsa da, alovun tam söndürülməsinə yalnız axşam saatlarında nail olunub.

Bu yanğın Volvo şirkətinə məxsus zavodda qısa zaman ərzində baş verən ikinci belə hadisədir. Fevral ayında şirkətin təhlükəsizlik mərkəzinin binasında da güclü yanğın baş vermişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR