Moskvaya səfər edən İran Xarici işlər naziri Cavad Zərif lazım gələrsə, Suriyadakı hərbi bazalarını Rusiyaya təklif etməyə hazır olduqlarını açıqlayıb.
Metbuat.az-ın məlumatına görə, Zərif müsahibəsində bunları deyib:
"Rusiyanın orada hərbi bazası yoxdur. Güclü işbirliyimiz var, lazım gələrsə, Rusiya Suriyada terrorla mübarizə aparmaq üçün hərbi bazalarımızdan yararlana bilər".
Xatırladaq ki, Rusiya daha öncə Suriyadakı terror qruplaşmalarına qarşı hava əməliyyatı həyata keçirmək üçün İranın Həmədan hərbi bazasından istifadə etmişdi.