Nyu-York sakinləri "Qorxusuz qız"dan imtina edə bilmir

ABŞ-da birjanın mərkəzi hesab olunan Voll Stritin simvolu bürünc boğa heykəlinin qarşısına Dünya qadınlar günündə - 8 martda yerləşdirilən "Qorxusuz qız" heykəli daha bir il orada qalacaq.

Metbuat.az-ın məlumatına görə, Nyu-York sakinləri, iş həyatındakı bərabərsizliklərə və qadın idarəçi sayının azlığına diqqət çəkmək məqsədilə sərgilənən heykəlin daha uzun müddət Voll Stritdə qalması üçün kampaniya başladıblar. Çox keçmədən kampaniya öz nəticəsini verib. Belə ki, Nyu-York meri Bill de Blasio mətbuat konfransında "Qorxusuz qız" heykəlinin daha öncə deyildiyi kimi, yəni 2017-ci ilin aprelinə qədər yox, 2018-ci ilin fevralına kimi sərgilənəcəyini açıqlayıb.

Kristen Visbal tərəfindən hazırlanan 121 sm hündürlüyündə, 113 kq ağırlığında olan heykəl "State Street Global Advisors" şirkəti tərəfindən sifariş olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR