Fransa Əliyev-Sarkisyan görüşünü təşkil etməyə hazırdır

Fransa Əliyev-Sarkisyan görüşünü təşkil etməyə hazırdır
01:03 29 Mart 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etməyə hazırdır.

APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti bu gün Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə deyib.

Yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala fransalı diplomatın cavabı belə olub: “Müvafiq şərait yarandıqda görüş, əlbəttə ki, baş tutacaq. Görüş Fransada keçirilə bilər. Biz görüşün Fransa ərazisində təşkil etməyə hazır olduğumuzu bildirmişik. Əsas görüşün məhsuldar olmasıdır”.

Diplomat atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edib: “Biz ilk növbədə istərdik ki, atəşkəsin pozulması hallarına yol verilməsin. Bu çox vacibdir. Əks təqdirdə danışıqları necə aparmaq olar? Eyni zamanda da irəliləmək də lazımdır”.

“Əməkdaşlığımıza gəlincə isə, qeyd etmək istərdim ki, proses gedir. Bunu hamı müşahidə edə bilmir, bu hamıya məlum deyil. Əlbəttə ki, biz detalları açıqlaya bilmərik, danışıqlar konfidensial şəkildə aparılır. Lakin bu o demək deyil ki, heç nə edilmir. Mürəkkəb prosesdir, siz bunu çox yaxşı anlayırsınız. Eyni zamanda aramızdakı, prezidentlər arasında dialoq çox dolğundur və məzmunludur”, - deyə diplomat bildirib.

Stefan Viskonti bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti ilə görüşdüklərini xatırladaraq, onlar arasında münaqişənin nizamlanmasına dair geniş və intensiv danışıqların aparıldığını qeyd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR