"Bugatti" 39 min dollara velosiped təqdim etdi –

Lüks avtmobil istehsalçısı “Bugatti Automobiles” yeni “PG Bugatti Bike” velosiped seriyasını təqdim edib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bir velosipedin qiyməti 39 min ABŞ dolları təşkil edir.

Qeyd olunur ki, yeni velosipedlər digərlərindən aerodinamik dizaynı ilə fərqlənirlər.

“PG Bugatti Bike” 95% karbon qazından ibarətdir. Xüsusi sükan amortizasiyası ilə təchiz olunan velosipedin çəkisi beş kiloqramdır.

Ümumilikdə 667 belə velosiped istehsal olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR