“Facebook” “Google Maps”a rəqib yaratdı

Martın 27-dən etibarən “Facebook Messenger” istifadəçiləri üçün istifadəçinin yerini real rejimdə göstərən “Live Location” funksiyası əlçatandır.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

Yaxın vaxtlarda yeni funksiya Android və iOC əməliyyat sistemləri ilə çalışan cihazlar üçün keçərli olacaq. Yerin fiksasiyası xəritədə göstərilir və istifadəçilər 1 saat ərzində digər istifadəçinin hərəkət marşrutunu izləyə bilir.

“Facebook”dan bildiriblər ki, yeni funksiyanın sınaqları uzun müddət davam edib və sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Belə ki, bu funksiya dostlarla münasibətləri koordinasiya etməyə kömək edir. Sınaq zamanı yeni əlavə istifadəçinin yerini dəqiq göstərib və onu asanlıqla tapmaq mümkün olub.

“Live Location”un daha bir üstünlüyü odur ki, səyahət zamanı bir yerdən digər yerə qədər sərf olunacaq vaxtı hesablamağa və lazımi ünvana çatmaq üçün marşrutu müəyyənləşdirməyə imkan verir. Ekspertlər əmindir ki, yeni xidmət “Apple Messages” və ya “Google Maps” kimi proqramlara layiqli rəqib ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR