Sizin də başınıza gələ bilər -

Bank əməkdaşı bir sakini aldadaraq onun adına kreditlə avtomobil götürüb. Sonra isə həmin maşını mülki etibarnamə ilə satıb. İndi isə həm borc, həm də avtomobillə törədilən qayda pozuntularına görə bütün cərimələr birinci şəxsdən tələb edilir.

Aldadaraq adına kreditlə maşın götürdülər, indi də borc və cərimələr ondan tələb edilir. Paytaxtın Nizami rayon sakini Orxan Ağayev deyir ki, 2013-cü ildə dostu ona bildirib ki, bir nəfər bank işçisi kreditlə minik avtomobili almaq istəyir. Amma öz adına rəsmləşdirə bilmir. Ona görə də krediti və maşını Orxan Ağayevin adına rəsmləşdirməyi təklif edib.

Bankın əməkdaşı həmin ilin dekabr ayında 36 aylıq kreditlə maşını götürüb.2-3 ay ödəniş etdikdən sonra isə mülki etibarnamə ilə Gəncə şəhərində yaşayan bir nəfərə satıb.

Elə o vaxtdan da maşının borcu ödənilməyib. Bank da Orxan Ağayevi məkəməyə verib və maşının üzərinə həbs qoyulub. İndi həm 13 min manat borc, həm də avtomobillə törədilən qayda pozuntularına görə bütün cərimələr Orxan Ağayevdən tələb edilir.

İndi Orxan Ağayev avtomobilin tapılaraq banka təhvil verilməsini və adındakı kreditin ləğv edilməsini istəyir.

Metbuat.az "Xəzər xəbər"ə istinadən ətraflı videomaterialı təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR