Türkiyədə bir ailənin 5 üzvü öldürüldü

Türkiyədə bir ailənin 5 üzvü öldürüldü
03:49 29 Mart 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə ağır cinayət hadisəsi baş verib.

 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Anadolunun Kozan rayonunda qeydə alınıb.

 

Belə ki, Çokak məhəlləsində yaşayan Hüseyn Doğana aid evə gələn naməlum şəxs bir ailənin 5 üzvünü - iki qardaşı, onların həyat yoldaşlarını və bir azyaşlını silahla qətlə yetirib.

 

Öldürülənlər 43 yaşlı Hüseyn Doğan, həyat yoldaşı Aişə Ayrançı və 8 yaşlı övladı Hakkı Doğan, qardaşı Mehmet Doğan və onun xanımı Fatma Yavuzdur.

 

Hadisə zamanı sağ qalmış ailənin yeganə üzvü bu barədə sakinlərə, onlar isə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb. Faktla əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR